Nikolun tərəfdarı müxalifətin üstünə getdi – Video

465

Nikol Paşinyanın bu gün Moskvada Putin və Əliyevlə görüşünə guya mane olmaq üçün “Zvartnots” aeroportuna gedə yolu bağlamağa çalışan erməni müxalifət nümayəndələri “sürprizlə” qarşılaşıb.

Axar.az xəbər verir ki, Nikol Paşinyanın tərəfdarı olan qadın yolu bağlamağa cəhd göstərən azsaylı müxalifət nümayəndələrinə baş nazirin heç bir günahı olmadığını, Qarabağın “Paşinyana qədər” satıldığını bildirib.

Dayanmadan qışqıran qadın Paşinyanı müdafiə edən və müxalifəti aşağılayan sözlər işlədib.