Nikolay Svanidze: “Aleksandr Lukaşenko siyasi meyitdir”

111

Belarusiya lideri Aleksandr Lukaşenkonun rejimi məhvə məhkumdur və o, ölkədə baş verənlərə nəzarəti itirib. Tanınmış rus jurnalisti, teleaparıcı və tarixçi Nikolay Svanidze bunu tut.by-yə verdiyi şərhdə deyib. Svanidzenin sözlərinə görə, “Lukaşenko artıq siyasi meyitdir və Putin ölkəni nəzarətdə saxlaya bilməyən  adamla maraqlanmır. Lukaşenkonın gücü yalnız təhlükəsizlik qüvvələrinin dəstəyinə söykənir və Putin gücü  süngülərə dayanan adamla maraqlanmır. Üstəlik, Putin subyektiv münasibət bəsləyən adamdır və Lukashenkaya simpatiyası yoxdur. Aralarındakı münasibət də dostluğa oxşamır” Svanidze deyir. Jurnalist əlavə edərək deyir: Putin Lukaşenkonun naməlum davranışı və ehtimal oluna bilməyən siyasəti səbəbindən Lukaşenkoya qətiyyən inanmır. “Bura cinayətlər də, qınaqlar da, iddialar da, sədaqət andları da aiddir və bunlar Putinin Lukaşenkonu sevməməsinin əsas səbəblərindəndir. Üstəlik Putin ona qətiyyən inanmır. Bir sözlə, Lukashenko yüzdə yüz siyasi bir cəsəd halına gəlib. Buna baxmayaraq, Putin Lukaşenkoya az-çox münasib əvəz tapılana qədər dəstək verəcək ” Svanidze deyir. Jurnalistin fikrincə, Lukaşenkonu əvəzləyəcək namizəd bəzi kriteriyalara cavab verməlidir: o, birmənalı olaraq Moskva yönümlü olmalı və Belarus cəmiyyətində kifayət qədər dəstəyə sahib olmalıdır. “Qalan faktorların əhəmiyyəti yoxdur” deyə ekspert bildirir.

Tərcümə etdi: Ülviyyə Şükürova