“Nikol Paşinyanın Şuşaya getdiyi yerdə qıçları qırılsın!” :Bayram Səfərov

    15

    Hurriyyet.org bildirir ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Modern.az saytına danışarkən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfərini şərh edib:

    “Nikol Paşinyanın Şuşaya getdiyi yerdə qıçları qırılsın! Hazırda Paşinyanın baş nazir kimi nə edəcəyini, bundan sonra hadisələrin hansı istiqamətdə davam edəcəyini demək mümkün deyil. Çünki Paşinyan gərək öz komandasını yığsın və mövqeyini bildirsin. Zamanla onun nə etmək istədiyini görəcəyik. Paşinyan hər halda Ermənistan xalqının nümayəndəsidir. Biz onun Serj Sarkisyan, ya da Robert Koçaryan kimi hərəkət edəcəyini, yoxsa siyasətini dəyişəcəyini bilmirik. Yeni baş nazir işğalçılıq siyasətindən əl çəkərsə, ermənilər qonşuluq etmək istəyəcəklər”.

    B.Səfərov qeyd edib ki, N.Paşinyanın əsas məqsədləri zamanla bilinəcək:

    “Bəs Paşinyan hara getsin? Türkiyəyə, ya Azərbaycana? Əlbəttə, o, xalqın arasında jest etməli, yalandan atılıb-düşməlidir. Ermənistandakı proseslərin necə olacağını, Paşinyanın kim olduğunu görmək zaman tələb edir. Amma yeni baş nazir Ermənistanı işğalçılıq siyasətindən daşındırmalı və Azərbaycanın zəbt edilən bütün torpaqları azad olmalı, Ermənistan xalqı da, dövləti də bizdən kömək istəməlidir”.