Nikol Paşinyanın proqramında nələr var?

    6

    "Ermənistanın yeni hökumətinin proqramı hazırdır və 7 iyunda parlamentin müzakirəsinə çıxarılacaq. Proqramda yeni heç nə yoxdur".

    Hurriyyet.org-un mlumatına görə, bunu politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb.

    Nikol Paşinyanın proqramında nələr var?

    Onun sözlərinə görə, proqramın xarici siyasət və Dağlıq Qarabağ hissələrində bunlar yazılıb: "Ermənistan "Dağlıq Qarabağ"ın təhlükəsizliyinə cavabdehdir, Danışıqlarda bizim üçün "Dağlıq Qarabağ"ın statusu əsasdır, "Dağlıq Qarabağ" təmsilçiləri danışıqlarda iştirak etməlidirlər, Ermənistan hökuməti beynəlxalq aləmdə "erməni soyqırımı"nın tanınması siyasətini aparacaq, Rusiya ilə müxtəlif sahələrdə strateji tərəfdaşlıq davam edəcək".

    Politoloq qeyd edib ki, proqramda ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın vacibliyindən də danışılır: "Üstəgəl proqramın ana xətlərindən biri də Ermənistanın Gürcüstan və İranla əməkdaşlığını dərinləşdirməsinin vasibliyinin göstərilməsidir. Uzaq Çin, Hindistan və Yaponiya ilə siyasi və iqtisadi ələqələrin inkişafı vacibliyi də unudulmayıb".

    E. Şahinoğlu diqqətə çatdırıb ki, bütün bu maddələr Nikol Paşinyanın devirdiyi Serj Sərkisyanın proqramında da olub: "Guya Serj Sərkisyan Avropa İttifaqı ilə əməkdaşlıq etmək istəmirdi, yoxsa qonşuları Gürcüstan və İranla əməkdaşlığa önəm vermirdi? Bunlar hamısı olub, ancaq olduğu halda Ermənistan iqtisadiyyatını və Serj Sərkisyanın özünü xilas etməyib. Əsas proqram deyil, Paşinyanın atacağı addımlara Rusiyanın necə reaksiya verəcəyidir".

    O qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Nyu-Yorkda günlər keçirib "BMT qətnamələri yerinə yetirilməlidir" sözlərini təkrarlamaqdansa (onsuz da yerinə yetirmirlər və topu hər dəfə ATƏT-ə atırlar) Ermənistandakı və Dağlıq Qarabağdakı prosesləri diqqətlə izləyib buna uyğun gedişlər fikirləşməlidir.