Nigeriyada yük gəmisinə HÜCUM: 10 türk dənizçi ƏSİR GÖTÜRÜLDÜ

    12

    Hurriyyet.org xəbər verir ki, Nigeriya sahillərində silahlı quldurlar 18 nəfər türkün olduğu “Paksoy 1” yük gəmisinə hücum edərək, 10 dənizçini qaçırıblar. Qaçırılan türk gəmiçilərin kim olduqları ilə bağlı hələlik məlumat verilməyib.

    114 m uzunluğa, 17 m enə malik “Paksoy 1” gəmisinin Qana Dəniz Qüvvələrinə məxsus bir gəminin müşayiəti ilə bu ölkənin sahillərinə aparıldığı bildirilir.

    Qana Dəniz Qüvvələri girovların azadlığa buraxılması üçün quldurlarla əlaqə saxlamağa çalışır.

    Hurriyyet.org