Niderlandda insanları “göbələk məzar”larda dəfn etməyə başlayıblar

57

Niderlandda ölümdən sonra da ekosistemə kömək etmək trendi yayılıb. İnsanlar məzar yeri olaraq göbələk toxumları olan canlı sarkofaqları seçirlər.

Bu halda cəsəd həmişəkindən daha sürətlə çürüyür və parçalanır, göbələklər üçün gübrə rolunu oynayır.Məzar cəsədi komposta çevirir.Başqa sözlə desək göbələk və mamırlardan hazırlnamış məzar öncə xüsusi maddələrlə bərk halda olur, daha sonra ona yağış dəydikcə dağılmağa və torpağa qarışmağa başlayır. İnsan cəsədi bu orqanik məzarın içində kompost , yəni gübrə rolunu oynayır.

İdeya müəllifi Bob Hendriks bildirib ki,bu dünyada ilk canlı məzardır. İlk məzarda 82 yaşlı qadın dəfn edilib.Mütəxəssis bildirib ki göbələk məzarında cəsəd 2-3 ilə, adət olunmuş adi tabutlarda isə 10 il ərzində çürüyür.

Hendriksin bu startap layihəsi Loop adlanır.Alim artıq dəfn bürolarından biri ilə müqavilə bağlayaraq, öz ideyasını həyata keçirmək üçün tərəfdarlar toplayıb.O bu işin uğur qazanacağına əmindir.