Netanyahu Ərdoğana: “İsrailə ağıl öyrətmə…”

    6

    İsrailin baş naziri Benyamin Netanyahu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana İsrailə “ağıl öyrətməməyi” məsləhət görüb.

    Hurriyyet.org trend-ə istinadən xəbər verir ki, bu barədə B.Netanyahu öz “Twitter” səhifəsində yazıb.

    İsrailin baş naziri vurğulayıb ki, R.T.Ərdoğan terrorun və qırğının nə olduğunu bilir:

    “Şübhəsiz ki, o, terrorun və qırğının nə olduğunu bilir. Ona görə də mən ona İsrailə ağıl öyrətməməyi məsləhət görürəm”.