Netanyahu İsrailin pandemiyadan çıxacağı vaxtı açıqladı

69

İsrailin Baş naziri Benyamin Netanyahu martın sonuna qədər 16 yaşdan yuxarı vətəndaşların hamısına koronavirusa qarşı peyvənd vurulacağını açıqlayıb.

Virtualaz.org Türkiyə KİV-inə istinadən bildirir ki, “Pfizer” və “BioNTech” şirkətlərinin COVID-19-a qarşı peyvəndinin yeni partiyası bazar günü İsrailə gətiriləcək.

““Pfizer”lə imzalanan anlaşma 16 yaşdan yuxarı bütün İsrail vətəndaşlarının “Həyata qayıdış” adlı kampaniya çərçivəsində martın sonuna qədər vaksinasiyasını təmin edəcək”, – deyə B.Netanyahu bildirib.

B.Netanyahu həmçinin vaksinasiya sayəsində 9.3 milyon əhalisi olan İsrailin COVID-19 pandemiyasından çıxan ilk ölkə olacağını qeyd edib.