Nərgiz Paşayeva vitse-prezident seçildi

    21

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən illik ümumi yığıncağında Rəyasət Heyətinin yeni tərkibi seçilib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, seçki nəticəsində akademiklər – Akif Əlizadə sədr, İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva və İradə Hüseynova vitse – prezidentləri seçiliblər.

    Rasim Əliquliyev AMEA-nın akademik – katibi, Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibi, Nərgiz Axundova İctimai Elmlər Bölməsinin akademik-katibi, Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin akademik-katibi, Ismayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin və Fuad Əliyev AMEA Gəncə Bölməsinin sədri olublar.

    AMEA-nın Rəyasət Heyətinə akademiyanın müxbir üzvü Bilal Bilalov da seçilib.