Neftin qiyməti 5% artdı

    3

    ABŞ-la Çinin ticarət müharibəsində 90 günlük atəşkəs elan etməsi, Qətərin gələn ilin yanvar ayından OPEC üzvlüyünü tərk edəcəyi, OPEC-in bu həftəki görüşündə hasilatın azaldılması ilə bağlı qərar qəbul ediləcəyi xəbərlərinin ardından birjalarda neftin qiyməti sürətlə artmağa başlayıb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10:52-yə olan məluamata görə, "Brent" markalı Şimal dəniz neft qatışığının fevral fyuçerslərinin qiyməti 4,73% artaraq 62,27 dollar/barel olub.

    WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 5,11% artaraq 53,53 dollar təşkil edib.