Neftin dünya bazarında qiymətləri bahalaşdı – 19%

    15

    Səudiyyə Ərəbistanının neft ixracını ixtisar etməsi barədə xəbərlərdən sonra neftin dünya bazarında qiyməti 12% – 13% artıb.

    Qeyd edilir ki, qiymətlərin maksimum artımı 19% təşkil edib. Məlumata görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 71,62 dollara qədər bahalaşıb.

    WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti 63,47 dollara çatıb. /report/