“Neftin yenidən bahalaşacağı gözlənilir” – “ABŞ “havayı” aldığı nefti qoymağa yer tapmır”

30

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin dünya bazarında neftin yenidən əvvəlki kimi yüksək qiymətlərlə satılacağını hesab etdiklərini bildirib.

Mnuçin qeyd edib ki, ABŞ Energetika Nazirliyi indiki məqamdan faydalanaraq, “nefti sözün hərfi mənasında havayı” ala bilib. Mnuçin deyib: “Məndə olan məlumata görə, Energetika Nazirliyi aldığı nefti saxlamaq üçün əlavə anbarlar axtarışındadır, artıq mövcud saxlanclar kifayət eləmir”.

Hurriyyet.org