Neftin qiyməti bahalaşıb

63

Dünya birjalarında neft qiymətləri bahalaşır.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,87 dollar artaraq 40,14 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,97 dollar bahalaşaraq 38,02 dollar olub.