“Neftin qiyməti 60 dollaradək artacaq” – Analitik

36

Bu ilin payızında neft bazarında sabit müsbət dinamika müşahidə ediləcək.

RİA “Novosti” xəbər verir ki, bunu Rusiyanın Ticarət və Sənaye Palatasının Enerji Strategiyası və İnkişaf üzrə Komitəsinin üzvü Rüstəm Tankayev deyib.

Onun fikrincə, bu ilin dekabr ayı üçün isə neftin bir barelinin qiyməti stabil göstərici – 60 ABŞ dolları səviyyəsinə çıxacaq.

R.Takayev neft qiymətlərindəki volatilliyi fərqli mal bazarlarında spekulyativ oyunlarla əlaqələndirir./apa/