“Neftin kəskin ucuzlaşması müəyyən kəsirlərə səbəb olacaq” – Samir Şərifov

66

“Dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 dollar nəzərdə tutulub”.

Bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, aprel-may aylarında neftin qiyməti kəskin aşağı düşmüşdü: “Sonradan bərqərar olundu. Şübhəsiz ki, burada müəyyən kəsirləri görəcəyik”.

Maliyyə naziri vurğulayıb ki, pandemiya nəticəsində iqtisadi, investisiya fəallığı və s. iqtisadi proseslər zəifləyib. S.Şərifovun sözlərinə görə, bunun nəticəsində də qeyri-neft sektorunda vergi daxilolmalarının, neft gəlirlərinin azalması gözlənilir: “Bunlar daha çox ilin ikinci yarısına təsadüf edəcək”./report/