Neftimizin qiyməti 15 dollara düşdü

33

Azərbaycan neftinin bir barrelinin qiyməti 5 dollardan çox ucuzlaşıb.

Hurriyyet.org azertac-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 5,49 dollar ucuzlaşaraq 15,81 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.