“Neftçi”nin kapitanı koronavirusa yoluxdu

24

“Neftçi”nin kapitanı Emin Mahmudov koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, 28 yaşlı yarımmüdafiəçinin dünənki test nəticəsi müsbət olub. Mahmudov evində karantinə alınıb və özünü normal hiss edir. Allahverdiyevin sözlərinə görə, flaqmanın digər futbolçusu Ömər Buludov da özünü pis hiss edib: “Ondan götürülmüş test nümunəsi mənfi olub. Lakin bu gün hamı yenidən test verdik. Nəticəni gözləyəcəyik”. (Report)

Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qəbələ”nin qonağı olacaq. Noyabrın 22-də keçiriləcək oyuna saat 14:00-da start veriləcək.