“Neftçi”nin 3 potensial rəqibi müəyyənləşdi – “Qalatasaray” da var

33

“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Qol.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi püşkatma nəticəsinə bu 3 komandadan biri ilə qarşılaşacaq: “Dinamo” (Moskva, Rusiya), “Qalatasaray” (Türkiyə), “Kayrat” (Qazaxıstan).

Qeyd edək ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkü bu gün İsveçrənin Nyon şəhərində atılacaq. Püşkatma Bakı vaxtı ilə saat 15.00-da başlanacaq.