“Neftçi”dən ayrılan futbolçu Yunanıstan klubunda

51

“Neftçi” klubu ilə yollarını ayıran futbolçu Vangelis Platellasın yeni klubu bəlli olub. 32 yaşlı yunanıstanlı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. O, Larisa AEL-i ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Vangelis Platellas 2019-cu ilin yanvarında “Neftçi”yə keçib. Klub iyunun 19-da oyununla vidalaşıb.

Hurriyyet.org