“Neftçi” qış çempionu, “Qarabağ” 2-ci oldu

66

Srağagün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları keçirilib. Bu qarşılaşmalarla ölkə çempionatında 2020-ci ilə yekun vurulyb.

Son çempion “Qarabağ” ilin sonuncu tur çərçivəsində Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə”ni sınağa çəkib. Məhsuldar alınan matç Ağdam klubunun əzmkar qələbəsiylə yekunlaşıb.

Ötən turda səfərdə “Keşlə”ni məğlub edən “Səbail” bu dəfə “Qəbələ” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda əyalət təmsilçisi qələbə qazanan tərəf olub.

Geridə qalan 12 turda 8 məğlubiyyəti olan “Sabah” klubu səfərdə mövsümün uğurlu komandalarından olan “Sumqayıt”la üz-üzə gəlib və çətin qələbəyə sevinib.

Turun son matçında isə lider “Neftçi” “Keşlə”ni qəbul edib. “Ağ-qaralar” bu oyunda qələbə qazanaraq, qış çempionu olub.

Premyer Liqada növbəti turun oyunları 2021-ci ilin yanvarında keçiriləcək.

Azərbaycan Premyer Liqası
13-cü tur
24 dekabr

Səbail – Qəbələ 1:3
Qol: T.Manafov, 52 – Ü.İsgəndərov, 20. A.Məmmədov, 27. C.Adeniyi, 90+2.

 

Sumqayıt – Sabah 1:2
Qol: X.Nəcəfov, 31 – S.Alxasov, 26. A.İsayev, 65-pen.

Qarabağ – Zirə 3:2
Qol: M.Emreli, 58. O.Kvabena, 82; 89 – A.Ramazanov, 2. L.Corceviç, 47.

Neftçi – Keşlə 2:1
Qol: M.Abbasov, 65; 81 – R.Hacıyev, 68.