“Neftçi” özünə yeni RƏQİB TAPILDI

282

Bakıda təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin hazırlıq müddətində yoxlama oyunu üçün ilk rəqibi bəlli olub.

“Ağ-qaralar”la I Divizion təmsilçisi “Kəpəz”lə qarşılaşacaq. Məlumatı Gəncə klubunun rəsmi saytı yayıb.

Yanvarın 10-da paytaxtda baş tutacaq görüşün başlama saatı açıqlanmayıb.

Qeyd edək ki, “Neftçi” həmin tarixdə “Qəbələ” ilə oynamalı olsa da, sonradan qarşılaşma ləğv olunub. Flaqman ayın 14-də isə “Keşlə” ilə sınaq matçında üz-üzə gələcək. \\Report