Neftçalada “Mitsubishi” aşdı – Sürücü öldü

    27

    Neftçala şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyindən Hurriyyet.org-a verilən məlumata görə, sentyabrın 16-da saat 14 radələrində Neftçala şəhəri ərazisində Astara rayon sakini Əliağa Cəfərov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb və hadisə yerində ölüb.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.