Neftçalada məktəb direktoru dünyasını dəyişib – FOTO

30

Neftçala Rayon Uşaq-Gənclər İdman və Şahmat məktəbinin direktoru Dadaşov Abdulhəsən Nadir oğlu dünyasını dəyişib.

“Report”un Aran bürosu xəbər verir ki, 64 yaşlı məktəb direktoru şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, A.Dadaşov 20 ildir ki, sözügedən məktəbin direktoru işləyib.

1990-cı il 25 yanvar Neftçala hadisələrinin iştirakçısı olub.