Neftçalada dənizdə batanlardan ikisinin meyiti tapıldı

    12

    Neftçalada dənizdə batan 3 nəfərdən 2-nin meyiti tapılıb.

    Hurriyyet.org FHN-in saytına istinadən xəbər verir ki, 24.07.2019-cu il tarixində Neftçalarayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 3 nəfərdən ikisinin meyiti (şəxsiyyətləri dəqiqləşdirilir) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Digər şəxsin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.