Neftçalada 5 400 manatlıq oğurluq edən şəxs tutuldu

369

Neftçala rayonunda oğurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 8-nə keçən gecə Qarabörk kəndi ərazisində 5 400 manat dəyərində dirəklərarası 200 metr elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən Alpout kənd sakini A.Nuriyev saxlanılıb.