Neftçala sakinini gəmidə “tok” vurub öldürdü

    6

    Bu gün günorta saatlarında Neftçala şəhərində, Kür çayının sahilində təmir üçün dayanmış gəmidə bədbəxt hadisə baş verib.

    Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, balıq ovu gəmisinin 49 yaşlı mexaniki, rayonun Bankə qəsəbə sakini Kamran Ayaz oğlu Nağıyevi ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.