Xəzərdən kişi meyiti tapıldı – DALĞIC GEYİMİNDƏ OLUB

    9

    Neftçala rayonunda naməlum kişi meyiti tapılıb. Hurriyyet.org xəbər verir ki, cəsəd Kür çayının Mayak qəsəbəsinin ərazisindən keçən hissəsində aşkarlanıb.
    Ölən şəxsin kimliyi hələlik məlum deyil. Araşdırma aparılır.
    Qeyd edək ki, ölən şəxs 40-45 yaşlarında, dalğıc geyimində olub. Meyit qismən çürüməyə məruz qalıb.