Neft bahalaşır: Trampın İran qərarından sonra

    9

    ABŞ Prezidenti Donald Trampın İranla bağlanan nüvə müqaviləsindən çəkəcəyini açıqlamasından sonra qlobal neft bazarında qiymətlər bu gün 3%-in üzərində artıb.

    “Hürriyyət”-in xəbərinə görə, dünyada ən çox istifadə olunan Brent markalı xam neftin barrel qiyməti dünən 74,85 dollarla tamamlanmasının ardından bu gün 77,81 dollara qədər qalxıb.

    ABŞ-ın Qərbi Texas (WTI) markalı xam neftinin barrel qiyməti artıb. Dünəni neft birjasında qiymətini 69,06 dollarla tamamlayan WTI bu gün 71,75 dollara qədər qalxıb.

    Mütəxəssislər ABŞ-ın İran üzərindəki sanksiyaların 4 Noyabrdan etibarən tamamilə qüvvədə olacağına diqqəti çəkərək, ölkənin neft sənayesinə, investisiyalarına, istehsal və ixracına mənfi təsir göstərəcəyini vurğulayırlar. ABŞ-ın həftəlik xam neft və benzin ehtiyatlarındakı azalmanın bazar gözlətilərinin üzərində olduğunu deyən mütəxəssislər neft qiymətlərinin gündəlik artımında bunun da önəmli rol oynadığını bildirirlər.