“Neft 9 dollara olacağı təqdirdə də bizə rahatdır” – Vahid Ələkbərov

21

“Lukoil” Rusiya ərazisində bir barelin qiymətinin 9-11 dollar olacağı vəziyyətdə rahat işləməyə davam edə bilər.

Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, bunu Nailə Əsgərzadənin “Rusiya-1” kanalında yayımlanan “Təhlükəli Virus. İqtisadiyyat” filmində şirkətin prezidenti Vahid Ələkbərov deyib.

“Biz qiymətin 9 və 11 dollar dəyərində olacağı təqdirdə də Rusiyada rahat işləyə bilərik. Yəni bu gün ölkəmizdə mövcud olan vergi rejimi investorları, xüsusən karbohidrogenlərə olan aşağı qiymətlərdən qoruyur, biz qiymətlərlə də rəqabətədavamlı olacağıq”,-deyə V.Ələkbərov vurğulayıb.

“Lukoil” prezidenti əmindir ki, ölkələrin hasilatın birgə azaldılması barədə razılığa gəlmələrinin nəticəsi olaraq neft bazarı 2020-ci ildə – 2021-ci ilin birinci yarısında tarazlaşacaq: “Ölkəmizin səudiyyəlilərlə birlikdə göstərdiyi səylər və ABŞ-ın bu problemin həllinə qoşulması, əlbəttə ki, bazarın tənzimlənməsinə səbəb olacaq. Bu bazar 2020-ci ildə – 2021-ci ilin birinci yarısında tarazlaşdırılacaq”.