“Necə olur ki, Naxçıvanla Zəngilan Azərbaycan ərazisidir, arada qalan torpaq “Ermənistan ərazisi?””

195

Əli Mustafa: “Bu günkü Ermənistan qədim türk torpaqlarıdır. İrəvan Türk Cümhuriyyətinin o torpaqlara qayıtması, legitim dövlətə çevrilməsi vacib məsələdir

“Rusiyaya işləyən xainlər şəbəkəsi, Surət Hüseynov və onun kimilər, “5-ci kolon”un fəaliyyəti olmasaydı, 1-ci Qarabağ müharibəsi də bizim qələbəmizlə yekunlaşacaqdı”

Artıq bir ayını tamamlayan 2-ci Qarabağ müharibəsinin qələbəmizlə başa çatmasına az qalır. Xalqımız Şuşa, Xankəndinin alınması xəbərini gözləyir. Hazırda Erməni terror dövlətinin  məğlubiyyətinin astanasındayıq. İrəvan Türk Cümhuriyyətinin (İTC) qurucularından olan Əli Mustafa ilə söhbətimiz də elə bu mövzuda oldu.

Əli bəy, prezident İlham Əliyevin də qeyd etdiyi  kimi regionda artıq əvvəlki status-kvo yoxdur, yeni geosiyasi mənzərə formalaşmaqdadır. Bu məsələnin gedişini necə görürsünüz?

– Həqiqətən çox önəmli günlərdən keçirik. Qələbəyə görə insanların üzü gülür, bu münasibətlə xalqıma gözaydınlığı verirəm. Eyni zamanda şəhidlərimiz var. Erməni terror dövlətinin bu günlərdə Gəncədə, Bərdədə həyatını itirən 90 nəfərə yaxın şəhidimizlə bağlı başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirəm.

Təbii, sizin dediyiniz aktual məsələlərdən biridir. Uzun illər ermənilər məsələni belə qoyurdular ki, biz indiki status-kvoda şərtləri fərqli qoyacağıq. Çünki qalibik, şərtləri biz diqtə edirik. Yəni status-kvo mövcud vəziyyət başa düşülürdü, o da bundan ibarət idi ki, torpaqlarımızın 20%-ni işğal etmişdilər. Təmas xətti var idi, ATƏT-in Minsk qrupunun təmsilçilərinin əsas qayğısı bundan ibarət idi ki, təmas xəttini qorusunlar. Yəni niyyət Azərbaycan ərazilərini hara kimi işğal etmişdilərsə, o xətti yeni sərhəd kimi qəbul etdirmək idi. Sanki Azərbaycanla Ermənistan arasında yeni bir sərhəd müəyyənləşdirilmişdi. Bu təmas xətti də həmin yeni sərhədin hüdudları idi. Status-kvo dedikdə də faktiki bu vəziyyəti nəzərdə tuturdular.

BMT-nin əvvəlki qətnamələrində erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması tələb olunur. Amma bütün hallarda erməni silahlı qüvvələrinin tutduğu rayonlardan – Dağlıq Qarabağ xaricində olanlar – bəzilərini qaytarmaqla Azərbaycana güzəşt kimi təqdim edirdilər. Əvəzində bizdən ikinci erməni dövlətinin formalaşmasına razılıq gözləyirdilər. Bu saxta bir ritorika idi, əslində ermənilər o torpaqlarda çox güclü müdafiə istehkamları yaratmışdılar. Möhkəmlənmişdilər. Yeraltı şəhər kimi şəbəkə qurmuşdular. Halbuki başqa dövlətin legitim ərazisində belə bir istehkam sistemi qurmaq cinayətdir. Danışıqların da məqsədi bu idi ki, ermənilər sülh yolu ilə bu torpaqlardan çıxsın. Bir tərəfdən danışırdılar, digər tərəfdən istehkam qururdular. Çünki ermənilər buradan çıxmaq fikrində deyildilər. Bu danışıqlar da imitasiya idi, onun aparılmasının mənası yox idi. Sonda Paşinyan da danışıqlardan imtina etdi və danışıq formatını dəyişdirməyi təklif etdi ki, gəlin Dağlıq Qarabağla danışın. Və bu gün Azərbaycan həmin Qarabağla danışır. Ermənistan da bütün dünyanı töküb ki, qoymayın Azərbaycan öz torpaqlarını azad edir.

– Görünür, onlarla belə danışmaq lazım imiş…

– Hər bir siyasi liderin də bir şərəfi, ləyaqəti olar. Paşinyan, əgər sən təklif edirdinsə ki, Azərbaycan Dağlıq Qarabağla danışsın, o danışır, sən niyə müdaxilə edirsən? Uzun illər Ermənistan bu münaqişədə iştirakını təkzib edirdi. Erməni xalqına xas bütün pis keyfiyyətləri yönəltmişdi ki, özünü təmizə çıxarsın, iştirakını ört-basdır etsin. Guya Qarabağdakı ermənilər başqa növ erməni xalqı idi? İndi isə sübut olunur ki, Qarabağdakı ermənilərin nə o potensialı, nə o resursları yoxdur. Təəssüf ki, ermənilərin güclü havadarları da illərlə onlara maddi, mənəvi vasitələrlə himayədarlıq etdilər, Rusiya, İran, Fransa və erməni lobbiləri olmaqla. İndi Azərbaycan dövləti nəhayət fərqində oldu ki, ermənilər torpaq vermək fikrində deyil, vasitəçilər də baş aldatmaqla məşğuldur. Ermənilər möhkəmlənsinlər, məskunlaşsınlar ki, onları çıxarmaq mümkün olmasın.

Azərbaycan xalqının bu günki fəallığı dövlətin düzgün mövqeyi ilə bağlıdır. İndi günü-gündən Azərbaycan ordusu irəlilədikcə yeni status-kvo yaranır, ordu Ermənistanla olan sərhəddə dayandığı zaman yeni status-kvo tam bərqərar olacaq. Sərhədlərimiz daxilində suverenliyimizin bərqərar olması çox vacibdir, bu birinci mərhələ olacaq. Amma bir şeyi də yaddan çıxarmalı deyilik ki, indiki Ermənistan dövlətinin özü Qərbi Azərbaycan torpaqlarında yaranıb. Ən son rəqəmlərə görə, 7 milyon Qərbi Azərbaycan kökənli insan müxtəlif ölkələrə səpələnib.

– Qarabağa ermənilərin necə gətirildiyini bilirik, amma 7 milyon soydaşımız etnik təmizləmə nəticəsində dünyaya səpələnib…

– Dəfələrlə Rusiyanın əli ilə türk kökənli əhalinin deportasiyası baş tutub və indi bu 7 milyon əhali indi öz torpaqlarına qayıtmaq istəyir. Üstəlik də 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı və ətrafını – 9 min kv.km – ermənilərə dövlət yaratmaq üçün versə də, bu akt bizə öhdəlik yaratmır. Bizim haqqımız var deyək ki, torpaqlarımızı geri verin. 9 mindən başqa 20 min kv.km ərazimizi Sovet hökumətinin köməyi ilə qəsb edib, o dövlətə qatdılar. Əslində Ermənistan dövlətinin varlığı legitim deyil, erməni dövlətinin varlığı dünya üçün təhlükədir, Rusiya, Fransanı belə, təhdid edirlər.

– Bu yaxınlarda “Tvitter”də bir amerikalının paylaşımına da rast gəldim -“Los-Angeles is Armenia”…

– İndi ABŞ-ın başı pandemiyaya, seçkilərə qarışıb, diqqət etmirlər. Ola bilsin ki, gələcəkdə ABŞ-a da belə tələb irəli sürsünlər. Qafqaza isə erməniləri bəzən aldadıb gətiriblər. Burada erməni dövləti yaratmaq böyük dövlətlərin səhvi idi. Öz başlarından ediblər. Bu xalqın qabiliyyəti terror doğurmağa yarayır. Başqa millətlər bəşəriyyətin mədəni irsinə töhfə veriblər, amma ermənilərdə belə fakt yoxdur. Məsələn, yapon, koreya xalqlarının dünyanın elmi-texniki tərəqqisinə verdikləri uğurlar var. Bunlar saxta millət olduğuna görə, böyük güclər onlardan istifadə ediblər.

– Necə düşünürsünüz, bəs Cənubi Qafqaza və dünyaya təhdid olan Ermənistan terror dövlətinin – erməni terror təşkilatının aradan qaldırılması zamanı gəlməyibmi?

– Onlar özlərini müstəqil dövlət kimi idarə edə bilmirlər. Əvvəllər Osmanlı dövlətinin, sonra isə Rusiyanın nəzarətində oldular. Görünür, başqa dövlətin nəzarətində olanda bu qədər vəhşi olmurlar. Amma ermənilərin son 30 illik müstəqillik tarixinə baxsaq yalnız müharibə, təcavüz ilə özlərini göstərdiklərinə şahidik. Bunları özbaşına qoymaq olmaz. Ona görə də ermənilərin müstəqil dövlətinin olmağı yalnız bizə yox, bütün dünyaya təhdiddir. 500 milyon türkün içində kiçik erməni anklavı ora diş atır, bura hücum edir. Deməli, özünü idarə edə bilmir.

– Siz bu vəziyyətdən çıxışı necə görürsünüz?

– Beynəlxalq təşkilatların ikili standartlarına baxdıqda deməliyik ki, çox təəssüf, dünyanın dəyərlər, beynəlxalq hüquq nöqtəsində qırılma var. Dəyərlər sistemi əriyir. Siyasi maraqlar dəyərlərin önünə çıxıb. Buna yol vermək olmaz. Erməni dövlətinin mövcudluğu dünyaya təhdiddir. İrəvan Türk Cümhuriyyətinin də Ermənistanın qurulduğu ərazilərə iddiası var. Müharibə yekunlaşandan sonra İrəvan Türk Cümhuriyyəti rəsmi mövqe qoyub, oradan köçürülən türklərin qayıtmasını təmin etməlidir. Ola bilsin başqa millətlərin içərisində yaşayanda insanlaşırlar. Təkcə özləri olanda vəhşiləşirlər. Bu günki Ermənistan qədim türk torpaqlarıdır. İrəvan Türk Cümhuriyyətinin o torpaqlara qayıtması, legitim dövlətə çevrilməsi vacib məsələdir.

– Əli bəy, İTC-nin indiki müharibədən faydalanaraq o torpaqlara qayıtmaq və dövləti İrəvanda qurmaq üçün strategiyası varmı?

– İTC-nin İrəvan da daxil olmaqla, bu günki Ermənistan ərazisinə iddiası tam haqlıdır. Konkret Göyçənin, Zəngəzurun, Dərələyəzin Ermənistan dövlətinə verilməsi qanunsuz baş tutub. Həmin ərazidə yaşayan türklərin razılığı olmadan baş verib. Necə olur ki, Naxçıvanla Zəngilan Azərbaycan ərazisidir, arada qalan torpaq “Ermənistan ərazisidir”? Mehrinin ermənilərə verilməsində məqsəd Naxçıvanla Azərbaycanı ayırmaqdır. Türk dünyasını ayırmaq üçün ortaya atılmış bir projedir və bu projenin heç bir legitim əsası yoxdur. İTC bu ərazilərə iddiası və erməni terror dövlətindən alınması məsələsi qoyulmalıdır.

-Hansı formatda qoyulmalıdır?

-Biz gücümüzü səfərbər etməliyik. Azərbaycan 30 il Qarabağı beynəlxalq təşkilatlardan, vasitçilərdən istədi…

-Beynəlxalq təşkilatların ikiüzlülüyünü görmüşüksə, onlardan nə gözləyə bilərik?

-Qarabağ fiaskosundan sonra ermənilərin bu coğrafiyada qalmağa yəqin ki, istəkləri olmayacaq. İnsanı yurduna nə isə bağlayır, atalarının torpağı, babalarının ruhu… İnsan o torpağın bir parçası olur. Ermənistan onlar üçün bazadır, bizim üçün vətəndir. Ümumdünya Səhiyyə Təşkilatının “erməni xəstəliyi” ilə bağlı belə rəyi var – bu xalq 80-100 ildən bir quduzlaşır, harasa hücum edir, qan tökür, 100 illiyə sakitləşir, sonra yenə davam edir. Rusiya da, İran da vaxt gələcək fərqində olacaq ki, bu millətlə dostluq mümkün deyil. Tarixə görə onlar Hindistandan gəlmədir, qayıdıb getsinlər ora. Bəlkə dünyanın qulağı dincələ. Bu millət dəyərlərə yox, maraqlara sahibdir.

-Azərbaycanın Paris sülh konfransında qəbul edilmiş 1918-ci il sərhədlərinə baxsaq, ya o ərazilərin Azərbaycana qaytarılmasını, ya da İTC-nin həmin ərazilərdə qurulmasını tələb etmək mümkündürmü?

– Əlbəttə, mümkündür. Ermənilərin köçürülməsi ilə bağlı Marağa-150 abidəsi də var idi. Onlar sonradan köçüb gəldikləri ərazidə dövlət iddiasındadılarsa, bizim dədə-baba torpaqlarında dövlət qurmaq iddiamız daha legitimdir, əsaslıdır. 1918-cu ilin və hətta ondan əvvəlki xəritələrə də baxsaq, orada Azərbaycan türkləri, Osmanlı, Qacar dövlətləri var. Müharibə yekunlaşandan sonra Azərbaycan dövləti bu barədə düşünməlidir, Zəngəzura, Göyçəyə iddiasını irəli sürməlidir. Amma beynəlxalq hüquq baxımından Azərbaycan dövləti bunu etməsə, İTC bunu etməlidir, öz vətənindən qovulan insanın buna haqqı var. Bu iddia ilə çıxış etməliyik. Bizi başa düşən xalqlar da, dövlətlər də olacaq.

(Ardı səh. 7-də)

****

(Əvvəli səh. 3-də)

– Bu barədə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana Zəngəzurlular adından müraciət də göndərildi, yəqin ki, diqqətə alınacaq…

– Zəngəzurlulara Azərbaycan dövləti sahib çıxmasaydı, onlar məhv olacaqdılar. Ona görə də bu insanların müraciəti doğrudur, haqlıdır. Oturub dünyanın bu məsələlərə ədalətli yanaşacığını gözləmək qətiyyən doğru deyil. Dünyanın standartları odur ki, haqqını tələb etməlisən, ictimai rəyə təsir etməlisən, həm də güc sahibi olmalısan ki, layiq olduğunu alasan.

– Yeni formalaşan geosiyasi mənzərədə Türkiyə-Azərbaycan İttifaqı haqda nə düşünürsünüz?

– Azərbaycan birinci Qarabağ müharibəsində dünya güclərinə qarşı tək – müttəfiqsiz vuruşurdu. Rusiyaya işləyən xainlər şəbəkəsi, Surət Hüseynov və onun kimilər, “5-ci kolon”un fəaliyyəti olmasaydı, 1-ci Qarabağ müharibəsi də bizim qələbəmizlə yekunlaşacaqdı. Tək idik, zəif idik, amma xalqımızın əzmi var idi. Dünyanın başqa yerlərindən igid oğullarımız işini, biznesini atırdı, vuruşmağa gəlirdi. Xalqımız heç vaxt işğalla barışmayıb. Rusiyanın, İranın, Fransanın və.s. güclərin təzyiqləri ilə biz o əraziləri itirdik. Atəşkəs imzalamağa məcbur edildik. İndi isə şərait yaranan zaman, erməni-PKK cütlüyünə aid qüvvələr hakimiyyətdən uzaqlaşdırılan kimi Azərbaycan dövləti xalqla birləşdi və torpaqlarımız uğrunda müharibəyə başladıq. İndiki Avropa İttifaqı başlanğıcda iqtisadi birlik kimi yarandı. Sonra isə ona daxil olan dövlətlər çoxaldı, genişləndi, siyasi quruma çevrildi. Bu dövlətlər həm öz suverenliyini qoruyub saxlayır, həm də beynəlxalq qərarları birgə verirlər. Həmçinin dünyanın güc mərkəzinə çevrilib. Türkiyə ilə Azərbaycan arasında belə bir ittifaqın yaranmasına ehtiyac var, getdikcə o daha cazibədar olacaq. Pakistan, Əfqanıstan, Mərkəzi Asiya türk cümhuriyyətləri bura qoşulacaq. Mümkündür ki, Ukrayna, Macarıstan da bura qoşulsun. Dolayısı ilə yeni bir siyasi güc mərkəzinin, dövlətüstü qurumun yaranmasını görə bilərik. Dünyada baş verən münaqişələr bir baxımdan da qeyri-sabitliklə bağlıdır. Bu dövlətlərin belə bir ittifaqda birləşməsi həm də sülhü təmin edəcək.

– Hətta bir neçə gün əvvəl prezident Ərdoğanın türk dövlətlərinə birləşmə çağırışını duyduq, Türkiyə müdafiə naziri Hulusi Akarın Qazaxıstana səfərinə də şahid olduq…

– Türkiyə bizim mübarizəmizə açıq dəstək mövqeyi qoyur. Pakistanın da mərdi-mərdanə movqeyini gördük. Qazaxıstan da dəstək mövqeyini bildirdi. Özbəkistanda çox yaxşı proseslər gedir. Türkmənistanda, Özbəkistanda, Qırğızıstanda xalq bizi müdafiə edir. Biz bir millətik. İş orasındadır ki, o yerdə ki, dövlətin iradəsi xalqın nəzarətindədir, həmin yerdə dövlət xalqın mövqeyini əks etdirir.

Əli bəy, qurulacaq Avropa İttifaqının ərazisi ilə planlanan Türk İttifaqının yerləşdiyi ərazini müqayisə etsək deməliyik ki, Türk İttifaqı daha möhtəşəm olacaq. Çünki bu areal enerji resursları ilə zəngindir.

– Tamamilə doğrudur. Hər ölkə müxtəlif resurslar ilə zəngindir. Elə şeylər var ki, bizdə var. Elə şeylər var ki, bizim ehtiyacımız var. Bu faktor türk coğrafiyasına daxil olan hər ölkə üçün keçərlidir. Türk coğrafiyasındakı ölkələrin inteqrasiyasının çox möhtəşəm nəticələri olacaq. Həmçinin bu ittifaq böyük sosial qüvvəsi olan siyasi güc mərkəzinə çevriləcək. Mən bu ideyada çox işıqlı gələcək, perspektiv görürəm. Sonda bir daha bildirim ki, 30 il ərzində ermənilərə necə kömək olunubsa, bizə də kömək olunması beynəlxalq hüquqa zidd deyil. Ermənilər yardım ala bilirsə, Azərbaycan da yardım ala bilər və əcəb edir. Bu gün hamımızın ürəyi Qarabağda, Şuşada vurur. İnşallah tezliklə ərazilərimizi azad edəcəyik, sonra da düşünməliyik ki, erməni terror dövlətini necə yox edək…

Ülviyyə ŞÜKÜROVA