Nazirliyin şöbə müdirinə yüksək vəzifə verildi – TƏYİNAT

    6

    "Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə (AİŞ) yeni icraçı direktor təyin edilib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu, Allahverdi Paşayevdir.

    O, bundan əvvəl İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ümumdünya ticarət təşkilatı şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

    Xatırladaq ki, AİŞ-ə rəhbərlik edən Rövşən Nəcəf Prezident İlham Əliyevin bu il mayın 11-də imzaladığı sərəncamla Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin olunub.