“Nazirlikdə yoluxma qeydə alınmayıb” – Muxtar Babayev

51

“Karantin rejiminə ciddi riayət edilməsi və preventiv tədbirlərin görülməsi nəticəsində nazirliyin çox minlik kollektivində bu günədək virusa yoluxma halı qeydə alınmayıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

O bildirib ki, pandemiya dövründə nazirlik təhlükəli tibbi tullantıların utilizasiyasını həyata keçirib: “Müalicə profilaktika müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tibbi tullantılar təhlükəli tullantılardır.

Tullantılar xüsusi avtomaşınlarla daşınaraq müvafiq qurğularda termik üsulla 800-1200 dərəcə temperaturda zərərsizləşdirilərək məhv edilir.

Mart ayından bu günədək ümumilikdə 50 tibb müəssisəsi və müvəqqəti karantin üçün ayrılmış mehmanxalarda əmələ gəlmiş 2 200 kubmetrdən çox təhlükəli tibbi tullantı xüsusi qurğularda yandırılaraq zərərsizləşdirilib”. /”qafqazinfo”/