Nazirlik ağac kəsənləri polisə verdi

    9

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

    Nazirliyin Mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, reyd zamanı Xaçmaz rayonu Ağtala kəndi ərazisində köküstə yaş 24-70 sm diametrliyində 12 ədəd qovaq ağacının kəsildiyi aşkar edilib və təbiətə 7580 manat məbləğində ziyan dəydiyi məlum olub.

    Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Xaçmaz Rayon Polis Şöbəsinə məktub göndərilib.