“Nazirlərin yeni görüş barədə razılığa gəlməsi bizi sevindirir” – ABŞ səfiri

    18

    “Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarının ABŞ-da keçirilməsindən razı qaldıq”.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer deyib.

    Onun sözlərinə görə, görüşün məqsədi sülh danışıqları yolu ilə nizamlama üzrə danışıqların davam etdirilməsinin dəstəklənməsi olub: “Nazirlərin Dağlıq Qarabağla bağlı yeni görüş keçirilməsi barədə razılığa gəlməsi bizi sevindirir”.