Nazirlər Kabinetinin Aparatında ixtisara düşən və düşməyən şöbə müdirləri – TAM SİYAHI

    6

    Nazirlər Kabineti Aparatında dəyişiklik edilib.

    Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin Aparatında şöbələrin sayı 15-dən 10-a endirilib.

    Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsiyaradılıb.

    Neft və kimya məsələləri şöbəsi, Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi və Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi digər müvafiq şöbələrlə birləşdirilib.

    Baş nazirin Katibliyinin rəisi vəzifəsi yaradılıb.

    Struktur islahatı nəticəsində Nazirlər Kabinetinin Aparatında aşağadakı şöbə müdirləri ixtisara düşüb:

    Neft və kimya məsələləri şöbəsinin müdiri Əsgər Aslanov;

    Kənd təsərrüfatı məsələləri şöbəsinin müdiri Əli Məmmədov;

    Regionların inkişafı məsələləri şöbəsinin müdiri Nizami Mustafayev;

    Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsinin müdiri Qurban Sadıqov;

    Ekologiya məsələləri şöbəsinin müdiri Zemfira Sairbəyzadə;

    Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsinin müdiri Nail Fətəliyev.

    Beləliklə, hazırda Nazirlər Kabinetinin Aparatında hazırda aşağıdakı şəxslər təmsil olunurlar:

    NazirlərKabinetiAparatınınrəhbəri – Ağabala Hacıyev

    Baş nazirininKatibliyininrəisi – təyinat yoxdur

    Baş nazirinin köməkçisi – Tofiq Sarıcalinski

    Baş nazirinin köməkçisi – Natiq Əzizov

    Baş nazirinin köməkçisi – Sabir Bayramov

    Hüquq şöbəsinin müdiri – Günəş Vəliyeva

    Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri – Şahin Sadıqov

    Humanitar və sosial məsələlər şöbəsinin müdiri – Musa Ələkbərov

    Beynəlxalq əlaqələr şöbəsinin müdiri – Ağadayı Ağayev

    Sənaye və energetika məsələləri şöbəsinin müdiri – Elşən Hacızadə

    Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin müdiri – təyinat yoxdur

    Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri – Qulu İmanquliyev

    Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri – Şahin Salahov

    Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri – Vəfa Əliyeva

    Mətbuat xidmətinin rəhbəri – Akif Əli

    İşlər müdiri – Süleyman Şəfiyev

    Azərbaycanın Baş naziri Novruz Məmmədovdur.