Nazirlər Kabineti yanında operativ qərargahdan valideynlərə MÜRACİƏT

9

Nazirlər Kabineti yanında operativ qərargah valideynlərə müraciət edib.

Hurriyyet.orgun məlumatına görə, qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva təhsil müəssiələrində tədrisin dayandırılması ilə bağlı valideynlərdən diqqətli olmağı xahiş edib:

"Orta məktəblər bağlandı ki, uşaqlarımız sıx təmasdan uzaq olsunlar.Uşaqları məktəbdən saxlayıb əyləncə mərkəzlərinə aparmaq doğru deyil. Biz bununla bağlı uşaqların əyləncə mərkəzlərinə girişinə qadağa qoya bilmərik. Valideynlər özləri buna məsuliyyətlə yanaşmalıdrlar"./modern.az/