Nazirlər Kabinetinə yeni şöbə müdiri təyin edildi

81

Nazirlər Kabinetində yeni təyinat olub.

Hurriyyet.org report-a istinadən əldə etdiyi məlumata görə, Anar Məmmədov Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Bununla bağlı müvafiq əmri Baş Nazir Əli Əsədov imzalayıb.

Qeyd edək ki, Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsi boş idi.