Nazirlər Kabineti xarici tərəfdaşları Ermənistanın təxribatları barədə məlumatlandırır

36

Nazirlər Kabineti xarici tərəfdaşları Ermənistanın Azərbaycana qarşı təxribatları barədə məlumatlandırır.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Azeri Daily-yə bildirilib ki, Azərbaycanla xarici ölkələr arasında hökumətlərarası komissiyaların həmsədrlərinə Ermənistanın Azərbaycana qarşı son təxribatları, yaşayış yerlərimizin ağır artilleriya qurğuları və raket sistemlərindən atəşə tutulması nəticəsində mülki şəxslərin ölümü və yaralanması barədə məlumat verilir.    //Haqqin