Nazir və xanımı maaşını Türkiyədə zəlzələdən ziyan çəkənlərə KÖCÜRDÜ

27

Türkiyədə məşhur aparıcı, “TV 8” kanalının sahibi Acun Ilıcalı zəlzələdən ziyan çəkənlərə yardım kampaniyasına başlayıb. Aparıcı kampaniya çərçivəsində artıq 73 milyon türk lirəsi (təxminən 22 milyon manat) toplandığını açıqlayıb.

 

Acun Ilıcalının kampaniyasıa çoxlu sayda məşhurlar da qoşulub. İndiyədək 73 milyon lirə toplanmasını Acun İnstagram səhifəsində elan edib.

 

Acun Ilıcalı 

Acun Ilıcalı

 

Yardım kampaniyasına qoşulanlar arasında Türkiyənin daxili işlər naziri Süleyman Soylu, xarici işlər naziri Mövlud Çavuşoğlu da var.

 

Süleyman Soylu 

Süleyman Soylu

 

Süleyman Soylu zəlzələdən ziyan çəkənlərə 20 min lirə (6 min manat) yardım edib.

 

Mövlud Çavuşoğlu

 Mövlud Çavuşoğlu

 

Mövlud Çavuşoğlu isə 1 aylıq maaşı ilə kampaniyaya qoşulduğunu söyləyib: “Bir aylıq maaşımı bu kampaniyaya bağışlamaq istəyirəm. Maaşım isə 26 min lirədir (təxminən 8 min manat). Həyat yoldaşım Hülya xanım da yanımdadır. O da bir aylıq maaşını kampaniyaya bağışlayır”.\\Bizimyol.info