Nazir onu rəis təyin etdi

21

Daxili İşlər orqanlarında növbəti təyinat olub. 

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik  Vilayət Eyvazovun əmri ilə, polis mayoru Cavanşir Orucov Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi təyin edilib.

Xəbəri Xaçmaz RPŞ-dən təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət öncə nazirin əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov vəzifəsindən azad edilmişdi.