Sahil Babayev özünə iki yeni müşavir təyin etdi – Nazir generalın oğluna vəzifə verdi – YENİLƏNİB

    24

    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə iki yeni müşavir təyin edib.

    Yeni müşavirlər Əliyev Anar Rəhim oğlu və Nəsirli Vüsal Zakir oğludur.

    Nazirliyin rəsmi saytında olan xəbərə görə, Sahil Babayevin digər əmri ilə Anar Əliyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin müvəqqəti icrası da həvalə edilib.

    Bizə verilən məlumata görə, əslində, Anar Əliyevin təyinatı bu gün deyil, mayın 8-də olub.

    Xatırladaq ki,  nazirliyin bundan əvvəlki aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) idi. O və 3 şöbə müdiri mayın 8-də vəzifələrindən azad ediliblər.

    Qeyd edək ki, S.Babayevin müşavir təyin etdiyi Vüsal Nəsirli DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi general Zakir Nəsirovun oğludur. 

    Onu da qeyd edək ki, S.Babayev tanınmış polis polkovniki Rafiq Babayevin oğludur. 

    R.Babayev uzun müddət DİN Pasport və Qeydiyyat İdarəsinin rəisi vəzifəsini daşıyıb. /mia.az/

    ***

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin icrası Anar Əliyevə tapşırılıb.

    Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev qərar qəbul edib.

    A.Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviridir.

    Qeyd edək ki, nazirliyin bundan əvvəlki Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) idi. O, öz ərizəsinə əsasən işdən çıxarılıb.