Nazir müavini KTN-də kadr islahatlarına münasibət bildirdi

    9

    Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev son zamanlarda təmsil etdiyi qurumda kadr islahatlarına münasibət bildirib.

    Hurriyyet.org xəbər verir ki, nazir müavini bildirib ki, səlahiyyət və vəzifələrini yerinə yetirən kadrlarla bağlı heç bir dəyişiklik olmayacaq.

    Nazir müavini “Aqrolizinq” ASC-nin rəhbərinin dəyişdirilməsi məsələsinə də tozunub: “Aqrolizinq” ASC-də deməli hansısa nöqsanlar, çatışmazlıq var idi. Ora yeni nəfəs gətirmək üçün daha cavan kadr gətirildi. Əsas məqsəd ümimi işə yenilik gətirmək və nöqsanları aradan qaldırmaq olub”./apa/