Nazir Bakı Şəhər Təhsil İdarəsini müavininə həvalə etdi

    6

    İyunun 27-si prezident İlham Əliyevin sərəncamı ilə təhsil nazirinin müavini təyin edilən Məhəbbət Vəliyeva, həm də əvvəlki vəzifəsini icra edəcək.

    Hurriyyet.org xəbər verir ki, nazir Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinin icrası təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya həvalə edilib.