Nazir Soylu açıqladı – Ağrı ilə sərhədə sədd çəkildi

303

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Ağrı-İran sərhədində 81 kilometrlik təhlükəsizlik səddinin tikintisinin tamamlandığını bildirib.

Nazir “Tvitter” şəbəkəsindəki səhifəsində layihə ilə bağlı fotoarı paylaşaraq yazıb:  “Şükür, Ağrı-İran sərhədində 81 kilometrlik Təhlükəsizik Divarı Layihəsi başa çatıb. Nazirliyimiz tərəfindən həyata keçirilən Sərhəd Fiziki Təhlükəsizlik Sistemləri çərçivəsində Ağrı-İran sərhədimizdə 81 kilometrlik təhlükəsizlik divarının tikintisi bu gün tamamlanıb”. Çox çətin coğrafi şərtlərə rəğmən 2 il ərzində layihənin bu mərhələyə gəlməsini təmin edən Ağrlı valiliyimizə, bu prosesdə böyük rolu olan İctimai Yaşayış Tikintisi İdarəsinə, layihənin həyata keçməsində səy göstərən işçilərimizə və mühəndislərimizə, terror təşkilatının təhdidlərini dəf edən asayiş qüvvələri əməkdaşlarımıza minnətdarıq”.