Nazir müavininin rəis qohumunun qanunsuz əməlləri

102

Və yaxud İmişlinin icra başçısı Vilyam Hacıyevin ölənlərinə rəhmət oxutdurur…

İmişli rayon Məşğulluq İdarəsinin rəisi Mirşamil Seyidov ƏƏSMN rəhbəri Sahil Babayevin müavini Vüsal Nəsirlinin xalası oğludur. Ondan əvvəlki rəis, DOST İş Mərkəzinin direktoru Elxan Rüstəmov tənqidi yazılarıma görə mənə təşəkkür məktubu göndərmişdi. Mirşamil Seyidov rəis təyin ediləndən sonra vəziyyət dəyişildi. Kimin pulu varsa, təzə rəisin dostuna, cangüdəninə çevrildi.

Keçmiş başçı, hazırda korrupsiya ittihamı ilə həbsdə olan Vilyam Hacıyevdən soruşdum ki, “Elxan Rüstəmovu işdən niyə çıxartdınız”? Cavab verdi ki, “Elxanı mən heç vaxt işdən çıxartmazdım, nazirin müavini Vüsal Nəsirlidən soruş, xalası oğlunu – Mirşamili təyin etməklə qazanc yolu tapıb. Məndən yazdığın kartlarla bağlı isə, Mirşamildən soruş ki, kimdədir…”.

Hazırkı başçı E.Rzayev isə V.Hacıyevin ölənlərinə rəhmət oxutdurur. DSMF-dən qərarla çıxarılmış Nofəl Atakişiyevi İmişli Məşğulluq İdarəsinin rəisi təyin edib. Eləcə də Birləşmiş Kommunal Təsərrüfatı İdarəsinə rəis DSMF-dən və Qaraqaşlı kənd icra nümayəndəliyindən çıxarılmış Cahangir adlı birini rəis təyin edib. Bütün aşağı təbəqə DOST İş Mərkəzindən aldığı yardımları dayandırdığı üçün İmişli RİH qarşısında toplantı keçirdilər. Vətəndaş Vüqar Məmmədağa oğlu Məmmədov dedi ki, həyat yoldaşım ağır xəstədir, Cahangir yardımı kəsməklə ailəmi ölümə məhkum edir. Eləcə də 2-ci qrup əlillər – Azad Zaminoğlu və Rəşad Məmmədov məndən xahiş etdilər ki, onların harayını ölkənin rəsmilərinə çatdırım, axı bu yardımı möhtərəm prezident verir. Dəfələrlə deyib ki, bəzi vicdansızlar yoxsulun kartlarını da mənimsəyir.

Mən yazandan sonra Vüsal Nəsirli xalası oğlu Mirşamili qorumaq üçün Saatlı Regional Məşğulluq Mərkəzinə direktor təyin edib. Artıq Mirşamil xarici avtomobildə cangüdənlərlə gəzir.

İmişli Məşğulluq İdarəsindən xanım işçiləri, o cümlədən qohumum Gülşən xanımı işdən azad edib. 30 il əvvəl həmin idarəyə rəhbərlik etmiş Sevinc İsmayılovanı isə “gözüm-çıxdıya” saldılar. Xanım 10 il əvvəl məni qeydiyyata salmışdı, ADP-çi idim deyə rayon rəhbərliyi Sevinc xanıma məni işlə təmin etməyə icazə verməmişdi…

İmişlidə Musiqi məktəbinin direktoru Vasif müəllim musiqiçilərin kartlarını özündə saxlayırdı. Bunu çoxsaylı musiqiçilər özləri etiraf edir. İçərisində qohumlarım var. Vasif də bahalı avtomobildə gəzir. Biz yazandan sonra kartları sahiblərinə qaytarıb.

Məhbub Zülfüqarlı,

ADP İmişli RT-nin sədri