Nazir müavini parlamentdə maraqlı fakt açıqladı: “Adlarını demokrat qoyan təşkilatlar saxta sənəd alveri ilə məşğuldurlar”

18

“Almaniyada bizim 4 min nəfər qeyri-qanuni yaşayan vətəndaşımız var. Mühacirətə aparılıblar, onların da hamısı nəzarətimizdədir”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, 1 500 nəfərin Almaniyanın müvafiq qurumları tərəfindən deportasiya olunması ilə bağlı qərarlar çıxarılıb:

“2 500 nəfərlə bağlı isə müvafiq qərarın icrası müvəqqəti təxirə salınıb. Bu məsələ ciddi nəzarətimizdə saxlanılır”.

Nazir müavini bildirib ki, adlarını demokrat qoyan təşkilatlar saxta sənəd alveri ilə məşğuldurlar:

“Bu, hamımıza bəllidir. Onların hamısının bizdə statistikası da var”.