Nazir açıqlama verdi – Rumıniya Türkiyənin təbii qaz yataqları kəşf etməsini məmnunluqla qarşılayır

39

Hurriyyet.org xəbər verir ki, Rumıniyanın İqtisadiyyat, Enerji, Məşğulluq və Ətraf Mühit naziri Virgil Daniel Popesku, Türkiyənin Qara dənizdə təbii qaz tapmasından məmnun olduğunu, bunun sayəsində qlobal enerji sektorunun diqqətini Qara dənizə çevirəcəyini söyləyib.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, FOREN 2020 Konfransının açılışında çıxış edən Popesku deyib: “Türk dostlarımızın Qara dənizdə təbii qaz kəşf etməsinə çox sevinirik. Həmçinin, Bolqarıstanın da. Qara dəniz regionunda olduğumuz üçün fəxr edirik”.