Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşının məhkəməsi başlayır

    15

    Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

    Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə açıqlanacaq.

    Məlumata görə, Ə.Əhmədov iki nəfər şəxsin 140 min dollar pulunu hədə-qorxu ilə ələ keçirib.

    Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədov bu il həbs edilib və barəsində həbs qətimkan tədbiri seçilib.