Naxçıvanda məktəblər bağlanmayıb – RƏSMİ

12

“Naxçıvanda orta və ali məktəblər bağlanmayıb, tədris davam edir”.

Hurriyyet.org xəbər verir ki, bunu modern.az-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov bildirib.

A.Əsgərov qeyd edib ki, respublika ərazisində hər hansı təhlükəli hal müşahidə olunmadığına görə, buna ehtiyac yaranmayıb.

Mətbuat xidmətindən isə saytımıza bildirilib ki, muxtar respublikanın bütün ali və orta ixtisas,  eləcə də ümumitəhsil məktəblərində hər il olduğu kimi bu il də lazımi tibbi profilaktik və dezinfeksiyaedici tədbirlər ən yüksək səviyyədə aparılıb:

“Bu proses bu gün də müvafiq qaydada  davam etdirilir. Muxtar Respublikada koronavirus infeksiyasına hər hansı bir yoluxma faktı yoxdur. Bununla əlaqədar hər hansı ciddi təhlükə də müşahidə olunmur”.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.