Naxçıvanda hərbçilər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 596 MİN MANAT KÖÇÜRÜBLƏR

39

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun xəzinə hesabına Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları tərəfindən 596 min 464 manat ianə köçürülüb.

Hazırda fondun hesabında, ümumilikdə, 3 milyon 994 min 918 manat toplanıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun martın 24-də imzaladığı fərmanla muxtar respublikada Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. \\Azerbaycan24